Gədəbəydə bədbəxt hadisə

Gədəbəy rayonu ərazisində “VAZ-21213” markalı avtomobillə yolu keçən piyada vurulub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, fevralın 3-də saat 12 radələrində Gədəbəy rayonunun Zəhmətkənd kəndi ərazisində Samanlıq kənd sakini Sadıq Musayev idarə etdiyi “VAZ-21213” markalı avtomobillə yolu keçən Şəmkir rayon sakini Bayram Əliyevi vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə