Avtomobillərin akkumulyatorlarını oğurlayan şəxs saxlanılıb

Avtomobillərin akkumulyatorlarını oğurlayan şəxs saxlanılıb

Paytaxtın Nizami rayonu ərazisində 3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də rayon ərazisində 3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini H.Qasımov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə