Bakıda oğru dəstə saxlanılıb

Yasamal rayonu ərazisindəki mağazalarının birindən pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də rayon ərazisindəki aksesuar mağazalarının birindən 1010 manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri olan 6 nəfər saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə