Azərbaycanda avtoyuma məntəqəsi yandı, bir nəfər xəsarət aldı - FOTO

Azərbaycanda avtoyuma məntəqəsi yandı, bir nəfər xəsarət aldı - FOTO

Gəncədə avtoyuma məntəqəsində yanğın hadisəsi qeydə alınıb.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb. Belə ki, bu küçədə yerləşən avtoyuma məntəqəsi anidən alışıb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Gəncə şəhər Dövlət Mühafizə Xidmətinin yanğın söndürənləri cəlb olunub. Müdaxilə nəticəsində alovun böyüməsinin qaşrşısı alınıb. Hadisə zamanı bir nəfər xəsarət alıb.

İlkin nəlumata görə, yanğın elektrik naqillərində baş vermiş qısaqapanmadan meydana gəlib. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə