Həyat yoldaşı ilə dalaşıb damarını kəsdi

Həyat yoldaşı ilə dalaşıb damarını kəsdi

Gəncə sakini həyat yoldaşı ilə münaqişə zəminində damarını kəsib.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Şəhər sakini, 44 yaşlı Sabir İbrahimov həyat yoldaşı ilə münaqişə zəmnində özünə qəsd edib. Yaralı yaxınlarının yardımı ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib və əməliyyat edilib. Hazırda vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır, hadisənin təfərrüatları dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə