İstanbul polisi müxtəlif növ cinayət işlərində əli olan 16 şəxsi həbs edib. SİA Türkiyənin "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbə müdirliyi İstanbulda müxtəlif növ cinayətlər törətmiş Rusiya ilə əlaqərinin olduğu təxmin edilən bir qrup şəxsi təqib edib. Dünən həmin qrupa qarşı əməliyyat təşkil edən polis 1-i rus, 3-ü ukraynalı, 4-ü gürcüstanlı və 8-i azərbaycanlı olmaqla 16 nəfəri həbs edib.
Axtarışlar zamanı 11 silah və 222 müxtəlif növ patron tapılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB