Gün ərzində 36 cinayətin üstü açılıb

Gün ərzində 36 cinayətin üstü açılıb

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılmışdır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə