Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanıldı

Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanıldı

Yanvarın 28-də saat 23 radələrində Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində müəyyən edilməmiş avtomobil, yolu keçən kənd sakini F.Abdulkərimovu vurub. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Baş İstintaq və Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2103” markalı avtomobilin sürücüsü, Qazax rayon sakini F.Şıxıyev saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə