Sərxoş sürücü polisləri xəstəxanalıq etdi

Sərxoş sürücü polisləri xəstəxanalıq etdi

Yanvarın 29-da saat 23 radələrində Saatlı şəhəri M.F.Axundov küçəsində Bakı şəhər sakini Cavid Bağırov idarə etdiyi “Jeep-Wrangler” markalı avtomobili qarşıda gedən Saatlı RPŞ-yə məxsus xidməti “Fiat-Doblo” markalı avtomobilə arxadan vurub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, nəticədə xidməti avtomobildə olan 4 nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə DİN-in A.Heydərov adına hospitalına yerləşdiriliblər. Araşdırmalar zamanı “Jeep-Wrangler”in sürücüsünün sərxoş halda olması müəyyən edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə