Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini İ.Şahbəndiyeva yanvarın 27-də Salyan yolu küçəsində bir nəfərin ona zor tətbiq edərək içərisində 90 manat, sənəd və bank kartı olan çantasını aldığını bildirib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Rəcəbov müəyyən edilərək saxlanılıb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB