Lökbatan sakini narkotiklə tutuldu

Lökbatan sakini narkotiklə tutuldu

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lökbatan qəsəbə sakini R.Məlikov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın marixuana aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, davam etdirilən tədbirlərlə onun evindən əlavə olaraq 460 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə