Sumqayıtda narkotik alverçisi tutulub

Sumqayıtda narkotik alverçisi tutulub

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Mahir Ağayev şəhər ərazisində saxlanılmışdır. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, şəxsi axtarış zamanı ondan 3 qrama yaxın heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun evindən əlavə olaraq 101 qrama yaxın heroin, 219 qrama yaxın metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

Bütün xəbərlər Facebook səhifəmizdə