Axtarışda olan bir sıra şəxslər həbs olunub

Axtarışda olan bir sıra şəxslər həbs olunub

Axtarışda olan bir sıra şəxslər həbs olunub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Sabunçu RPİ 12-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsilə axtarışda olan Rafiq Əliyev martın 30-da tutulub.

Eyni zamanda Sabunçu RPİ 13-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 181-ci (quldurluq) maddəsilə axtarışda olan Miryusif Əsədov martın 30-da tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə