Narkotik maddə satan şəxslər tutulub

Narkotik maddə satan şəxslər tutulub

Binəqədi RPİ 40-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Hövsan qəsəbə sakini əvvəllər məhkum olunmuş Elçin Məhərrəmovdan 715 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Bu barədə məlumat SİA-ya Bakı şəhər Baş Polis İdarəsindən verilib. Eyni zamanda Nərimanov RPİ 17-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şirxan Quliyevdən 0,293 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

 

Araşdırma nəticəsində Ş.Quliyevin martın 28-də Ə.Rəcəbli küçəsində Cavid Soltanova və Mirzali Tapdıqlıya məxsus "Mersedes" markalı avtomobillərdən oğurluq etməsi də məlum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə