143 manatın güdazına getdi

Xaçmaz rayon sakini əvvəllər məhkum olunmuş Nurbala Priyev Salyan rayon sakini Tapdıq Əliyevə bıçaqla xəsarət yetirib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, hadisə Əhməd Rəcəbli küçəsində baş verib. Belə ki, Nurbala Priyev Tapdıq Əliyevə bıçaqla xəsarət yetirdikdən sonra onun 143 manatını da alıb.

 

Nərimanov RPİ 17-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs martın 30-da yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə