Goranboy rayonunun Borsunlu kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının qamışdan ibarət tavanı 10 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə