Bakı-Qazax yolunda zəncirvari qəza: maşınlardan biri aşdı - FOTO

Bakı-Qazax-Gürcüstan avtomobil yolunda zəncirvari yol qəzası qeydə alınıb.

SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə avtomobil yolunun Gəncə şəhər istiqamətindən çıxacağında Quşqara ərazisində qeydə alınıb. "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq arxadan "Qazel" markalı yük maşınına dəyib, daha sonra isə "RAF" markalı sərnişin daşıyan mikroavtobusla toqquşub.

Zərbənin təsirindən "Qazel" markalı yük avtomobili yol kənarındakı dərəyə aşıb. Hadisə zamanı sürücülərin yüngül xəsarət aldığı deyilir. "Mercedes" və "Qazel" markalı yük avtomobilləri isə tamamilə yararsız vəziyyətə düşüb.

Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb olunub.Qəzanın səbəbləri dəqiqləşdirilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...