FHN-dən qəza ilə bağlı rəsmi MƏLUMAT

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İsmayıllı rayonunda "Mercedes" markalı sərnişin avtobusu və "VAZ" markalı minik avtomobili toqquşması barədə məlumat daxil olub.

SİA Nazirliyin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "VAZ" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...