Naxçıvan Qarnizonu tam orta məktəbində şagirdlərin təltif olunma tədbiri keçirildi

Naxçıvan Qarnizonu tam orta məktəbində 25 yanvar 2020-ci il tarixdə ay ərzində fəal şagirdlərin təltif olunma tədbiri keçirildi.

Tədbirdə məktəbin direktoru Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov çıxış edərək, məktəbin şagidlərinin müxtəlif sahələrdə qazandıqları uğurlardan danışdı: "Muxtar Respublikada böyüməkdə olan uşaqların və gənclərin təhsili, sağlamlığı daim rəhbərliyin diqqət mərkəzindədir. Bu diqqət və qayğının nəticəsidir ki, təhsilə, biliyə və idmanın müxtəlif sahələrinə maraq gündən-günə artır. Şagirdlərin meyl və maraqlarının daha da inkişafı üçün məktəb rəhbərliyi tərəfindən stumullaşdırıcı tədbirlər həyata keçirilir. Belə ki, Naxçıvan Qarnizonu tam orta məktəbində yaranmış ənənələrdən biri də hər ay təhsildə, sınaq imtahanlarında, intellektual yarışlarda,"Oxunması zəruri olan kitablar" la bağlı olan viktorinada, inşa yazı, şeir, rəsm müsbiqələrində, eləcə də idman oyunlarında fərqlənən şagirdlərin fərqləndirilməsidir.

"20 Yanvar" faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq keçirilən tədbirlərdə fəal iştirakına görə məktəbin 14 nəfər şagirdi sınaq imtahanlarında yüksək nəticə əldə etdiklərinə görə 5 şagird, Amerika Riyaziyyat Assosiasiyasının keçirdiyi fənn olimpiadasında fərqləndiyinə görə 4 şagird, "20 Yanvar" Ümumxalq hüzn gününə həsr olunmuş inşa yazı müsabiqəsinə görə 3 şagird, "Oxunması zəruri olan kitablar"la bağlı viktorinada birinci yer tutduqları üçün 4 şagird, "20 Yanvar" faciəsinin ildönümü ilə əlaqədar məktəbdaxili keçirilən rəsm müsabiqəsində müvafiq yer tutduqlarına görə 3 şagird, müxtəlif idman yarışlarında iştirak etdiklərinə görə 6 şagird məktəb rəhbərliyi tərəfindən Tərifnamə ilə təltif olundu.

Sonda məktəbin direktoru şagirdlərə tədris ilinin sonrakı aylarında daha yaxşı oxumaq, buraxılış və qəbul imtahanlarında uğurlara nail olmaq, mədəni-kütləvi tədbirlərdə intellektual oyunlarda idman yarışlarında qalib gəlməyi arzuladı.

Təltif olunan şagirdlərlə xatirə şəkili çəkdirildi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...