Bakıda növbəti avtobus qəzası, yaralılar var

Bakıda ağır yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib.

Maştağa qəsəbəsi ərazisindəki körpüdə yolun buz bağlaması nəticəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu "VAZ 2107" markalı avtomobillərlə toqquşub. Toqquşmadan sonra sərnişin avtobusu yoldan çıxıb.

Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, xəsarət alanlardan 5 nəfər kişi, 2-si isə qadındır. Yaralılara 3 saylı şəhər Kliniki Xəstəxanasında ilkin tibbi yardım göstəriləndən sonra onlar ambulator müalicəyə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...