Martın 29-u Zabrat qəsəbə sakini Ələz Səfərov ərazi üzrə Sabunçu RPİ 15-ci PB-yə ərizə ilə müraciət edərək bildirib ki, özünə məxsus "Hundai-Tucson" markalı avtomobili yaşadığı evin həyətində yerləşən avtoyuma məntəqəsinə vermiş və orada işləyən Vüsal adlı şəxs avtomobili qaçırıb.
Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, keçirilən əməliyyat tədbiri nəticəsində avtomobili qaçıran Zabrat qəsəbə sakini Vüsal İmanlı martın 30-u saat 02 radələrində yaşadığı evin qarşısında avtomobillə birlikdə yaxalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB