Gəncədə itkin düşən 10-cu sinif şagirdi Bakıda tapılıb

Gəncə şəhərində itkin düşən 2004-cü il təcəllüdlü Gülçin Məmmədova Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gülçin Məmmədova Gəncə şəhəri 39 saylı tam orta məktəbin 10-cu sinif şagirdidir. O, yanvarın 21-də əmisigilə getmək adı ilə evdən çıxıb və iki gün ərzində ondan xəbər alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə