Gəncədə qadın övladına görə intihara cəhd edib

Gəncə şəhərində qadın imtihara cəhd edib.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, A.Ə adlı qadın dərman zəhərlənməsi diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər qadının həyatını xilas etsə də onun vəziyyəti orta-ağır qiymətləndirilir.

İlkin məlumata görə, hadisəyə qadının körpəsinin əlindən alınması səbəb olub.

Faktla bağlı polisə məlumat verilib, hadisənin təfərrüatları dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə