Neftçalada qamışdan hazırlanmış ev yandı

Neftçala rayonunun Qaraqaşlı kəndində ümumi sahəsi 96 m² olan birmərtəbəli 3 otaqlı qamışdan ibarət evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə