Tovuzda 67 yaşlı şəxs dəm qazından boğularaq ölüb

Tovuz sakini Hüseynov Oktay Qarakişi oğlu dəm qazından boğularaq dünyasını dəyişib.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb. İlkin məlumata əsasən, 67 yaşlı şəxs iki mərtəbəli evin birinci mərtəbəsində yatarkən dəm qazından boğulub.

Hadisə yerinə Tovuz rayon Prokurorluğunun əməkdaşları cəlb olunub, təfərrüatlar dəqiqləşdirilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...