Bakı sakini liftdə köməksiz vəziyyətdə qalıb

Bakı sakini liftdə köməksiz vəziyyətdə qalıb

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə