"Sədərək" ticarət mərkəzinin qarşısında sərnişin avtobusu qəzaya uğrayıb

"Sədərək" ticarət mərkəzinin qarşısında sərnişin avtobusu qəzaya uğrayıb

"Sədərək" ticarət mərkəzinin qarşısında Bakı şəhər sakinləri Musa Quliyevin idarə etdiyi "Mercedes" markalı 174 №-li xətt avtobusu ilə Zaman Həmzayevin idarə etdiyi "Saypa" markalı avtomaşın toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin SİA-ya verilən məlumata görə, nəticədə M.Quliyevin xəsarət almış sərnişinləri, həmyerliləri Raisa Şəkinskaya, Ziyafət Bayramova, Sənan Seyidov, Nərminə Qistarova, Qumru Məmmədova, Mahizər Əhmədova, habelə xəsarət almış Z.Həmzəyev və sərnişini, Masallı rayon sakini Elmar Ağayev xəstəxanaya yerləşdiriliblər.


Z.Həmzəyevin, E.Ağayevin və S.Seyidovun vəziyyətləri ağır, digərilərinə isə ilkin tibbi yardım göstərildikdən sonra baraxılıblar.


Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə