“QAZel”-in vurduğu piyada ölüb

Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, rayonun Bülbülə qəsəbəsi ərazisində yolu keçən Peykar Məcnunovanı qəsəbə sakini T.İbrahimov idarə etdiyi “QAZel” markalı avtomobillə vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...