Martın 28-nə keçən gecə Qala qəsəbəsi ərazisində yerləşən buruğun yanında Xəzər rayon NQÇİ-nə məxsus istismarda olmayan 70 metr metal boruları oğurladıqlarına görə Ramana qəsəbə sakinləri Kamil Alcəfərov və oğlu İsmayıl Xəzər RPİ PPXB-nin əməkdaşları tərəfindən yaxalanaraq ərazi üzrə 1-ci PB-yə təhvil veriliblər.
Bakı şəhər BPİ Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, digər bir oğurluq hadisəsi Sabunçu rayonu ərazisində baş verib. Martın 28-nə keçən gecə Dmitrov küçəsində yaşayan Cəlal Qasımovun mənzilindən pəncərəni sındırma yolu ilə noutbuk və kompyuter oğurlanıb. Sabunçu RPİ 12-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Siruz Hacıyev martın 28-də yaxalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB