Quba Rayon Polis Şöbəsinin Qonaqkənd polis bölməsinin əməkdaşları rayonun Təngəaltı kənd sakini, 39 yaşlı Rahib Fətullayevə məxsus fərdi yaşayış evindən bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB