Quldurluqla məşğul olan Bakı sakini yaxalanıb

Quldurluqla məşğul olan Bakı sakini yaxalanıb
Martın 6-sı saat 22:30 radələrində naməlum şəxslər İnşaatçılar prospektində kirayədə yaşayan Bakı şəhər sakinləri Orxan Məmmədov və Fərid Məmmədova yaşadıqları mənzildə tapança ilə hədə-qorxu gələrək 2 ədəd noutbuk və 3 ədəd mobil telofon götürüblər. Bakı şəhər BPİ Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Yasamal RPİ CAŞ və 27-ci PB-nin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Timur Məmmədov martın 26-da yaxalanmış və ondan 1 ədəd "Baykal" markalı pnevmatik tapança götürülüb. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin digər iştirakçısı Emil Məmmədov isə martın 28-də yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə