Keçmiş məhkumdan 4 kiloqramdan çox heroin götürülüb

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Ağayev Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq marixuana, “Mercedes” markalı avtomobilindən isə 3 kiloqram 111 qram marixuana və 1 kiloqram heroin aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə