Sabirabadda etiraz aksiyası keçirilib - FOTO

Sabirabadda etiraz aksiyası keçirilib - FOTO

Sabirabad rayonunun Moranlı, Qaratəpə və Şəhriyar kəndinin sakinləri bu gün aksiya keçirərək Sabirabad-Bəhrəmtəpə magistral yolunu bağlayıblar. SİA-nın bölgə müxbirinin xəbərinə görə, etirazçılar rayonun mineral gübrələr saxlanılan anbarın həyətinə yığışıblar.

Sakinlərdən Valeh İbayev, Səfər Əliyev, Akif Əzizov, Lütfəli Nəzərov, İlqar Cəfərov, Ənvər Əbilov və Əhməd Nəsirov bildiriblər ki, sözügdən kəndlərin sakinləri Sabirabad rayonlararası loqistik bazadan 1 aydan artıqdır ki, mineral gübrə ala bilmir. Onlar qeyd ediblər ki, əlaqədar təşkilatlara müraciət etsələr də problem həll olunmayıb: "Heç bir başqa tələbimiz yoxdur. Tələbimiz odur ki, bizə dövlət qiymətinə mineral gübrə versinlər".

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Heydər Abbasov əraziyə gələrək kənd sakinləri ilə görüşüb. Adı çəkilən bazanın müdiri Şaki Həsənova sakinlərə 200 ton mineral gübrənin verilməsi ilə bağlı göstəriş verib. O. bildirib ki, əhaliyə mineral gübrənin 1 kisəsi 6 manat 75 qəpiyə, 1 tonu isə 135 manata satılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə