Avtomobilin su hövzəsinə aşması nəticəsində bir nəfər boğularaq ölüb

Avtomobilin su hövzəsinə aşması nəticəsində bir nəfər boğularaq ölüb
İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. SİA xəbər verir ki, hadisə rayonun Cəfərli kəndində qeydə alınıb. Avtomobilin idarəetmədən çıxaraq su hövzəsinə aşması nəticəsində sərnişin - İmişli rayonunun Cəfərli kənd sakini, 1988-ci il təvəllüdlü Məmmədov Nicat Seyidəli oğlu hadisə yerində boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə