Gəncədə hamilə qadın evində qətlə yetirilib

Gəncədə hamilə qadın evində qətlə yetirilib

Gəncə şəhərində ana olmağa hazırlaşan qadın qətlə yetirilib. 1988-ci il təvəllüdlü Təranə Mədətova mənzilində çoxsaylı bıçaq xəsarətlərindən dünyasını dəyişib.

 

Gəncə şəhər Prokurorluğundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hadisəni törədən şəxs qadının üzərində olan qızıl-zinət əşyalarını götürərək evi tərk edib.

 

Qətli törətməkdə şübhəli bilinən Ramal Abdullayev artıq yaxalanıb. İlkin ehtimallara görə qətlə yetirilən qadının ərinin qızıl ticarəti ilə bağlı Ramal Abdullayevə külli miqdarda borcu olub.

 

Faktla bağlı Azərbaycan Respublikasının Cinyət Məclləsinin qəsdən adam öldürmə maddi ilə iş açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə