Mingəçevirdə 27 yaşlı gənc xanım əri tərəfindən bıçaqlanıb

Mingəçevirdə 27 yaşlı gənc xanım əri tərəfindən bıçaqlanıb

Mingəçevirdə kişi gənc xanımını bıçaqlayıb.

SİA xəbər verir ki, hadisə axşam saatlarında Şəfa bağçılıq yaşayış massivində baş verib.

Münaqişə zamanı 1993-cü il təvəllüdlü Şirinova Mətanət Qaryağdı qızı döş qəfəsi nahiyəsindən əri tərəfindən bıçaqlanıb. Hadisə zərərçəkmişin anasının evində baş verib. Ər hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə