Mingəçevirdə avtobus 16 yaşlı piyadanı vurub

Mingəçevirdə avtobus 16 yaşlı piyadanı vurub

Mingəçevirdə avtobus yeniyetmə piyadanı vurub.

SİA xəbər verir ki, hadisə şəhərdaxili marşrut avtobusunun hərəkət xətti üzərində baş verib.

Sərnişin avtobusu yolu keçmək istəyən 2004-cü il təvəllüdlü şəhər sakini Abdullazadə Şəbnəm Yaməddin qızını vuraraq ona xəsarət yetirib. Yaralı qız xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə