Şəmkir rayonunda ağır yol qəzası baş verib. "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb. Şəmkir rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, qəza nəticəsində avtomobildə olan, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin qərargah rəisi Nəsimi Xankişiyev və rabitə bölüyünün rəis müavini Tahir Məmmədov dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB