Astara sakini keçmiş məhkuma narkotik vasitə satarkən saxlanıldı
Astara sakini narkotik vasitə satarkən saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ərçivan qəsəbə sakini Q.Əliyev narkotik vasitəni Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş C.Xalıqova satarkən saxlanılıb.
Davam etdirilən tədbirlərlə Q.Əliyevdən 2 kiloqram 5 qram, C.Xalıqovdan isə 2 qrama yaxın heroin götürülüb
Faktla əlaqədar cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB