Ötən gün yol qəzalarında 2 nəfər ölüb, bir nəfər yaralanıb

Ötən gün yol qəzalarında 2 nəfər ölüb, bir nəfər yaralanıb

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 8 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com