Şirvanda yol qəzasında 6 avtomobil yararsız vəziyyətə düşüb - FOTO

Şirvanda yol qəzasında 6 avtomobil yararsız vəziyyətə düşüb - FOTO

Dünən 21.30 radələrində Şirvanda yol nəqliyyat hadisəsi baş verib. Şirvan şəhər Polis Şöbəsinin DYP bölməsinin inspektoru E.Davudovun verdiyi məlumata görə, Heydər Əliyev prospektinin 9-cu kilometrliydə hərəkət edən Hacıqabul rayon sakini, 1987-ci il təvəllüdlü Cavadov Xəyal Ənvər oğlu idarə etdiyi "Mercedes" markalı 90GE521 dövlət nömrə nişanlı avtomobillə sürət həddini aşdığı üçün idarəetməni itirmiş, yolun kənarında olan bardura və işıq dirəyinə çırpılıb. Daha sonra qarşıda dayanan daha 5 maşına ciddi ziyan vurub.

 

Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb. Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə