Türkiyənin Samsun şəhərində zibil qutularında insan meyitinin hissələri tapılıb. SİA-nın İhlas Xəbər Agentliyinə istinadla verdiyi xəbərə görə, zibil qutularının birində tapılan başı bədənindən ayrılmış meyitin beldən aşağı hissəsi və qolları olmayıb.
Meyitin digər hissələri eyni məhəllənin başqa bir zibil qutusundan tapılıb.
Meyit ekspertiza üçün morqa göndərilib.
Cəsəd parçalarının 40-45 yaşlı kişiyə aid olduğu məlum olub. Onun xarici vətəndaş olması istisna edilmir.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB