Abşeron rayonunda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib

Abşeron rayonunda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

SİA xəbər verir ki, hadisə Əliçıraq yaşayış massivində qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən 1986-cı il təvəllüdlü Rüstəmov Murad Ələmşah oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə