"28 May" stansiyası yaxınlığında 21 yaşlı gənc tanımadığı şəxslər tərəfindən döyülüb

"28 May" stansiyası yaxınlığında 21 yaşlı gənc tanımadığı şəxslər tərəfindən döyülüb

Bakının Nəsimi rayonunda döyülmə olub.

SİA xəbər verir ki, hadisə metronun "28 May" stansiyasının yaxınlığında baş verib.

1999-cu il təvəllüdlü Məcidzadə Fərid Əjdər oğlu tanımadığı şəxslər tərəfindən döyülüb və xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun burnunun və əlinin sındığı müəyyən edilib.

Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə