Yasamal rayonunda fərdi ev yanıb

Bakının Yasamal rayonunda ümumi sahəsi 55 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.

SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Tələfat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə