Yeni il günü yol qəzasında xəsarət alan şəxs bu gün xəstəxanada ölüb

Yeni il günü yol qəzasında xəsarət alan şəxs bu gün xəstəxanada ölüb

Ötən ilin dekabrın 31-də Gədəbəydə baş verən ağır yol qəzasında xəsarət alan yaşlı kişi bu gün xəstəxanada ölüb.

SİA-nın bölgə muxbirinin verdiyi xəbərə görə, "Volkswagen Passat" və "VAZ-2109" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ"da olan 45 yaşlı Fərman Həsənov və onun atası 84 yaşlı İsa Həsənov xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdilər.

F.Həsənov həmin gün dünyasını dəyişə də atasının səhhəti ağır idi. Həkimlərin səyinə baxmayaraq, qəzadan 8 gün sonra - bu gün ahıl kişi xəstəxanada dünyasını dəyişib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə