Türkiyənin cənub-qərbində ağır yol-nəqliyyat qəzası baş verib. SİA-nın xəbərinə görə, Antalya şəhəri ilə İsparta şəhərini birləşdirən yolda sərnişin avtobusu sürücünün idarəetməsindən çıxaraq aşıb. İlkin məlumata əsasən, nəticədə 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb. Hadisə yerinə 9 təcili tibb xidməti avtomobili və bir helikopter cəlb olunub. Qəzanın başvermə səbəbi barədə məlumat verilmir. Hadisə yerində müvafiq işlər görülüb, yaralılar xəstəxanalara yerləşdirilib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB