Samux rayonunda yaşayış evində partlayış baş verib.
SİA-nın bölgə muxbiri xəbər verir ki, hadisə rayonun Qarayeri qəsəbəsində baş verib.
İlkin məlumata əsasən hadisə nəticəsində 63 yaşlı Elmira İsmayılova və onun nəvəsi müxtəlif yanıq xəsarətləri alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hər iki şəxsin səhəti orta-ağırdır.
Hadisə yerinə Samux rayon Polis Şöbəsi və Fövqaladə Hallar Nazirliyinin Samux rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları araşdırılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB