Yaponiyada ölən və itkin düşənlərin sayı 25 mini ötüb

Yaponiyada ölən və itkin düşənlərin sayı 25 mini ötüb

Yaponiyada zəlzələ və sunami nəticəsində ölənlərin və itkin düşənlərin sayı 25 mindən çoxdur. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 9523 insanın öldüyü rəsmən təsdiqlənib. Miyagi, İşate və Fukusima fəlakətdən ən çox zərər çəkmiş prefekturalardır. Yaponiya rəsmiləri ölənlərin və itkin düşənlərin sayının daha da artacağını bildiriblər.

Eyni zamanda Yaponiyada partlayış baş verən "Fukusima-1" AES-in yerləşdiyi rayonda radioaktiv yod konsentrasiyası müəyyən edilmiş normanı 147 dəfə ötüb. Hazırda TERSO şirkətinin nümayəndələri "Fukusima 1" rayonunda dəniz suyunda radioaktiv yod konsentrasiyasının artmaqda davam etdiyini açıqlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə