Bakıda seyfdən 21 min dollar oğurlanıb

Bakıda seyfdən 21 min dollar oğurlanıb
Bakı ŞBPİ və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də rayon ərazisindəki evlərin birindən quldurluq yolu ilə içərisində 21.000 ABŞ dolları və 6000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi aparmaqda şübhəli bilinən Ağdam rayon sakini İ.Məmmədov saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. Onunla birlikdə olan daha üç nəfərin şəxsiyyətləri müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə